Misli Premyer Liqasında 4-cü tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, turun son matçında "Neftçi" "Sabah"ı qəbul edəcək.
"Ağ-qaralar" 3 turdan sonra qələbə qazana bilməyib. Bir oyun az keçirən "Sabah"ın isə 3 xalı var.
Misli Premyer Liqası, 4-cü tur
14 sentyabr (bazar)
19:00. “Neftçi” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”