RU

Stomatoloq və sərnişini qəzada öldü -  Yenilənib


Şəmkirdə minik maşının ağaca çırpılması ölənlərin sayı ikiyə çatıb.

"Unikal"ın məlumatına görə, avtomobildə olan sərnişin ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Qəzada ölənlər sürücü 1990-cı il təvəllüdlüK.Çobanov və sərnişini 1991-ci il təvəllüdlü S.Məmmədovdur.

Qeyd edək ki qəzadaölən K.Çobanov stomatoloq işləyirdi.

***

00:44

Şəmkirdə minik maşını ağaca çırpılıb.

Məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-nin xiladediciləri cəlb olunub. 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
20
1
medicina.az

2Источники