RU

Neftçi bu gün Sabah la qarşılaşacaq

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasında bu gün IV tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı sınağa çəkəcək. Şamaxı şəhər stadiondakı matç saat 16:30-da başlayacaq.

Ardınca "Neftçi" "Neftçi Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.

4 xalı olan "Karvan-Yevlax" yeddinci, 3 xala malik "Sabah" isə səkkizincidir. "Şamaxı" və "Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
11
unikal.az

10Источники