RU

Rüfətin komandası "Hayduk"u Splitə məğlub göndərdi

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, dünən azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" də növbəti matçına çıxıb.

Rüfətin komandası evdə "Hayduk"u (Split) inamla yenib - 2:0.

Start "11-lik"də yer alan 24 yaşlı Abdullazadə fasilədə əvəzlənib.

6 tura 9 xalı toplayan "Varajdin" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Избранный
23
fanat.az

1Источники