RU

Premyer Liqa: "Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Misli Premyer Liqasında bu gün IV tura yekun vurulacaq.

 

HİT.az xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.

 

Əvvəlcə "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı sınağa çəkəcək. Şamaxı şəhər stadiondakı matç saat 16:30-da başlayacaq.

 

Ardınca "Neftçi" "Neftçi Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.

 

4 xalı olan "Karvan-Yevlax" yeddinci, 3 xala malik "Sabah" isə səkkizincidir. "Şamaxı" və "Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar.

 

Misli Premyer Liqası

 

1-ci dövrə, IV tur

 

14 sentyabr

 

16:30. "Şamaxı" – "Karvan-Yevlax"

 

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.

 

VAR: Nicat İsmayıllı.

 

AVAR: Kamran Əliyev.

 

Hakim-inspektor: Vüsal Əliyev.

 

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

 

Şamaxı şəhər stadionu

 

19:00. "Neftçi" – "Sabah"

 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.

 

VAR: Kamal Umudlu.

 

AVAR: Vüsal Məmmədov.

 

Hakim-inspektor: Anar Salmanov.

 

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

 

"Neftçi Arena"

 

Qeyd edək ki, daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.

Избранный
28
4
hit.az

10Источники