RU

Venesuela ABŞ-ı balıqçı gəmisini saxlamaqda ittiham etdi

ABŞ-ın hərbi gəmisi Karib dənizində Venesuelanın göyərtəsində doqquz dənizçinin olduğu balıqçı gəmisini saxlayıb.

Avtosfer.az xəbər verir ki, bu haqda Venesuela hökuməti məlumat yayıb. 

"Cümə günü, sentyabrın 12-də, doqquz təvazökar tuna balıqçısını daşıyan Venesuela gəmisi "Carmen Rosa" La Blanquilla adasından 48 dəniz mili şimal-şərqdə, Venesuelanın eksklüziv iqtisadi zonasına aid sularda üzərkən, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən qanunsuz və düşməncəsinə hücuma məruz qaldı.", - xarici işlər naziri İvan Gil öz “Telegram” kanalında yazıb. 

Venesuela tərəfi ABŞ-ın bu addımını qeyri-mütənasib hərbi vasitələrdən qeyri-qanuni istifadə ilə təxribat kimi qiymətləndirib.

Избранный
16
2
avtosfer.az

3Источники