Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, “Lexus” və “BMW” markalı avtomobillər toqquşub.
Qəza zamanı “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.