Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində "Lexus" və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Vurğulanıb ki, "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.