RU

Güləş üzrə dünya çempionatı Bakıda keçiriləcək

BAKI, 14 sentyabr. TELEQRAF

Güləş üzrə U17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı paytaxtımıza həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 02 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Избранный
5
28
teleqraf.com

10Источники