RU

Azərbaycan güləşçisi dünya çempionluğunun bir addımlığında

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında ilk medal dəstləri sahibini tapacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin üç güləşçisi medal uğrunda mübarizə aparacaq.

Ağır çəkidə (125 kq) Olimpiya-2024-ün bürünc medalçısı Giorgi Meşvildişvili dünya çempionu adını qazanmaq üçün final görüşünə çıxacaq. Onun rəqibi iranlı güləşçi, Tokio-2020-nin bürünc, Paris-2024-ün isə gümüş medalçısı Amir Hüseyn Zare olacaq.

Qeyd edək ki, Meşvildişvili ilk dəfə dünya çempionatında medal qazanacaq. O, bundan əvvəl Avropa çempionatlarında 3 dəfə fəxri kürsüyə qalxıb – 2023 və 2024-cü illərdə bürünc, 2025-ci ildə isə qızıl medal əldə edib.

İki idmançımız – Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) bürünc medal üçün mübarizə aparacaqlar. Novruzov təsəlliverici mərhələdə ilk görüşünü Ekvador təmsilçisi Coşua Kramerə qarşı keçirəcək. Cioyevin rəqibi isə daha sonra müəyyənləşəcək.

İdman.biz

Избранный
25
idman.biz

1Источники