RU

İmamoğlunun məhkəməsində foto çəkdirənlərlə bağlı istintaq başladılıb

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İstanbul Baş Prokurorluğu Əkrəm İmamoğlunun “saxta diplom” iddiası ilə bağlı dinləmələr zamanı məhkəmədə səs və video yazıları qeyd alan, paylaşan şəxslərlə bağlı iş üzrə istintaqa başlayıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı diplomunun saxta olması səbəbilə “rəsmi sənədlərin ardıcıl saxtalaşdırılması” maddəsi ilə iddia qaldırılıb. Dünən Mərmərə Cəza və Edam Müəssisəsindəki məhkəmə zalında iddianın ilk iclası keçirilib.

Səs və video çəkilişlərinin qadağan edildiyi iclasda Əkrəm İmamoğlunun müdafiəsi zamanı bəzi görüntülər çəkilərək sosial media hesablarında paylaşılıb. Görüntülərin yayılmasından sonra İstanbul Respublika Baş Prokurorluğu həmin görüntüləri lentə alıb sosial mediada paylaşanların müəyyən edilməsi üçün “səs və ya görüntü yazmaq” cinayəti ilə bağlı araşdırmalara başlayıb.

İsgəndər Həsənov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
525.az

1Источники