Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Hayduk”u qəbul edib. Həmyerlimiz də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu fasilədə əvəzlənib.
Matç “Varazdin”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”su və ikinci pillədə qərarlaşan “Hayduk”dan 4 xal geri qalır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта