RU

Payız havası insanın sağlamlığına necə təsir edir?

Payız fəslinin gəlişi ilə havada müşahidə olunan dəyişikliklər insan sağlamlığına birbaşa təsir göstərir.

E-saglam.az xəbər verir ki, havanın sərinləməsi, günlərin qısalması və günəş işığının azalması bədəndə vitamin balansına, yuxu rejiminə və psixoloji durumuna təsir edə bilir.

Mütəxəssislərin sözlərinə görə, payızda günəş işığının azalması nəticəsində D vitamini səviyyəsi aşağı düşür. Bu isə həm immun sisteminin zəifləməsinə, həm də yorğunluq və diqqət dağınıqlığına səbəb ola bilər. Xüsusilə məktəblilərdə və ofis işçilərində diqqət çatışmazlığı, yuxululuq və əhval dəyişiklikləri daha çox müşahidə olunur.

Havaların soyuması ilə yanaşı, orqanizmin enerji tələbatı artır. Bu səbəbdən payız aylarında balanslı qidalanma, meyvə-tərəvəzlərin bol istifadəsi və vitamin dəstəyi xüsusilə vacibdir. Uzmanlar C və D vitaminlərinin, həmçinin omeqa-3 tərkibli qidaların immun sistemini gücləndirdiyini bildirirlər.

Psixoloqlar da xəbərdarlıq edirlər ki, payızda günlərin qısalması bəzi insanlarda mövsümi depressiya yarada bilər. Bu səbəbdən açıq havada vaxt keçirmək, fiziki aktivliyi artırmaq və yuxu rejimini tənzimləmək sağlamlığın qorunmasında mühüm rol oynayır.

Payız ab-havasının yaratdığı dəyişikliklərə diqqət yetirmək sağlam qalmağın əsas şərtlərindəndir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
50
e-saglam.az

1Источники