RU

İndoneziyada Semeru vulkanı yenidən püskürüb

İndoneziyanın Şərqi Java əyalətində yerləşən Semeru vulkanında dörd yeni püskürmə qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin "Antara" agentliyi məlumat yayıb.

Məlumata görə, vulkan fəaliyyətini davam etdirir. Vulkanik kül kraterin üzərindən 800 metr, dəniz səviyyəsindən isə 4476 metr yüksəkliyə çatıb. Külün daha çox şimal istiqamətinə yayıldığı qeyd edilir. İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi yerli sakinləri və turistləri ehtiyatlı olmağa və vulkanın kraterinə 3 kilometrdən artıq yaxınlaşmamağa çağırıb.

Qeyd edək ki, Semeru, İndoneziyada hündürlüyünə görə dördüncü (dəniz səviyyəsindən 3676 metr) və Java adasının ən yüksək zirvəsidir.
Избранный
11
3
sherg.az

4Источники