RU

İranın xarici işlər naziri Qətərə səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.

Teleqraf xəbər verir ki, Bu barədə məlumat İran XİN rəhbərinin “Telegram” kanalında yayımlanıb.

Bildirilib ki, O, Dohada keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

“İslam Respublikasının xarici işlər naziri 14 sentyabr səhər saatlarında İƏT XİN rəhbərlərinin toplantısında iştirak etmək üçün Dohaya yola düşüb”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, toplantı 14–15 sentyabr tarixlərində keçiriləcək və əsas müzakirə mövzusu İsrailin Qətərə endirdiyi hava zərbələri olacaq. Liderlərin fövqəladə sammitindən öncə üzv ölkələrin xarici işlər nazirlərinin iclası nəzərdə tutulub.
Избранный
17
2
sherg.az

5Источники