RU

Gərginlik pik həddə: İsrailin planı açıqlandı, Türkiyə dərhal SİYAHI hazırladı

İsrailin Qətərin paytaxtı Dohaya hücumundan sonra ilk hədəf kimi əslində Türkiyənin seçildiyi, lakin NATO üzvü olduğu üçün qərarın dəyişdirildiyinə dair iddialar yayıldı. Məlumata görə, rəsmi Ankara ABŞ vasitəsilə Təl-Əvivə xəbərdarlıq göndərib.

Burada Türkiyənin Qətərdəki kimi hücuma məruz qalacağı təqdirdə, İsrailə birbaşa cavab zərbəsi endirəcəyi açıq şəkildə bildirilir. Hətta Baş Qərargahın artıq bu ölkədəki strateji hədəflərin siyahısını hazırladığı qeyd olunur. Ehtimallara görə, Türk ordusunun hücum zamanı hədəf alacağı yerlərə İsrailin hərbi obyektləri, bazaları, mühüm iqtisadi qovşaqları, limanları, həmçinin Suriyadakı qüvvələri, o cümlədən Qolan təpələri daxildir.

Bu məlumat nə dərəcədə real görünür? İsrail və Türkiyə arasında hərbi qarşıdurma mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail Türkiyəyə hücum edə bilməz:

“Bu, İsrailin özünün xəritədən silinməsi deməkdir. Ölkə ABŞ-ın Yaxın Şərqdəki bazasıdır. Vaşinqtonun icazəsi olmadan heç yerə bomba atmır, hücum etmir. Ümumiyyətlə İsrail işğal olunmuş ərazilərdə qurulmuş kvazidövlətdir. Bəli, baş nazir Benyamin Netanyahu sionizmin aparıcı fiqurdur. Onun Türkiyəyə qarşı hərbi əməliyyatlar keçirmək planı ola bilər. Bununla Vaşinqton-Ankara əlaqələrini pozmağı planlaması mümkündür.

Təl-Əvivin qırıcı təyyarələri olduğu kimi Ankaranın da var. Amma İsraildən fərqli olaraq Türkiyənin güclü hərbi dəniz donanması, PUA sürüsü və quru qoşunları mövcuddur. Qoşunlar qırıcı təyyarələrinin müşaiyəti ilə Suriyadan Qüdsə və Təl-Əvivə girə bilər. Türkiyə İran deyil. Onunla nə ABŞ, nə də Rusiya bacara bilmir”

Избранный
9
1
editor.az

2Источники