RU

Günün oyunu: “Neftçi”, yoxsa “Sabah”?

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq. Msport.az xəbər verir ki, bazar günü iki oyun baş tutacaq.

“Şamaxı” öz meydanında “Karvan Yevlax” komandasını qəbul edəcək.

Turun son oyunu isə daha böyük maraqla gözlənilir. Saadt 19:00-da start götürəcək görüşdə “Neftçi” doğma divarlarlar arasında “Sabah”la qarşılaşacaq. Qeyd edək ki, “ağ-qaralar” hələ ki qələbə üzünə həsrətdir.

Azərbaycan Premyer Liqası
4-cü tur

14 sentyabr

“Şamaxı” – “Karvan-Yevlax”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 16:30.

“Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.
“Neftçi Arena”, 19:00.

Избранный
28
msport.az

1Источники