RU

Taksi bahalaşdı, əksəriyyət avtobuslara yönəldi RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ekspert vurğulayıb ki, avtobus zolaqlarının qorunması da sərnişin artımında mühüm amildir

Bu ilin yanvar - avqust aylarında avtobuslardan istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub. 1 milyard 154 milyon 140,3 min sərnişinin avtobusları seçməsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artımı göstərir. Bu da sərnişinlərin nəqliyyat seçimində müəyyən dəyişikliklər olduğunu ortaya qoyur. Statistikaya baxdıqda, taksidən istifadə cüzi artım göstərsə də (0,4 faiz), avtobuslara marağın sürətlə artması ictimai nəqliyyatın daha əlverişli və sərfəli seçim olaraq ön plana çıxdığını nümayiş etdirir. Eyni zamanda, avtomobil nəqliyyatında 6 faiz artım müşahidə olunsa da, sərnişinlərin böyük hissəsinin avtobuslardan istifadə etməsi, şəhər nəqliyyatının gələcəkdə daha balanslı və səmərəli planlaşdırılması baxımından vacib göstəricidir.

Nəqliyyat eksperti İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirib ki, ötən ildən etibarən taksi qiymətlərinin artması sərnişin axınını marşrut avtobuslarına yönəldib:

Избранный
17
sherg.az

1Источники