RU

Şahin Şahniyarov: “Zamanla hər şey yoluna düşəcək”

Idmanxeber.az saytına istinadən ain.az xəbər verir.

“Gənc kollektivik. Ötən mövsüm I Liqada çıxış edən heyət üzvlərindən 7-8 nəfər bu gün də komandada yer alır. Əsas liqa ilə aşağı divizionlar arasında ciddi səviyyə fərqi mövcuddur. Hazırda uyğunlaşma mərhələsindəyik, amma inanıram ki, zaman keçdikcə hər şey düzələcək və uğurlar da gələcək”. Bu fikirləri idmanxeber.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov bildirib.

20 yaşlı yarımmüdafiəçi səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları matç barədə də danışıb:

“Milli fasilədən sonra oyunlara adaptasiya həmişə çətin olur. Üstəlik, səfərdə meydançanın vəziyyətinin yaxşı olmadığı şəraitdə “Turan Tovuz” kimi rəqibə qarşı mübarizə aparmaq asan deyildi. Oyuna pis başlamadıq, amma yaradılan imkanlardan istifadə edə bilmədik. Sonda fərdi səhv və təcrübəsizlik öz sözünü dedi. Ondan sonra toparlanmaqda çətinlik çəkdik. İlk hissədə oyuna yaxşı köklənsək də, ikinci yarıda bunu qorumaq alınmadı”.

Gənc oyunçu milli komanda barədə də fikirlərini bölüşüb:

“Yığmada çox yaxşı toplanış keçirdik. Sadəcə, İslandiya ilə oyunda bəxtsizlik üzümüzə gülmədi. Ukrayna ilə matçda meydanda olmasam da, komandanın mübarizəsini izlədim. Hamı sona qədər vuruşdu və nəticədə 1 xal qazanmaq mümkün oldu”.

Şahniyarov keçmiş baş məşqçi Fernandu Santuş haqda da danışıb:

“O, mənim üçün yaxşı mütəxəssisdir. Çünki məni I Liqadan milliyə dəvət etmişdi. Bu, hər məşqçinin atacağı addım deyil. Ona görə daim xatirəmdə müsbət iz buraxacaq. Amma bəzən hər gül hər torpaqda bitmir. Santuşun da millidə işi alınmadı. Məncə, yığmaya futbolçuları yaxından tanıyan, mentalitetimizi yaxşı bilən yerli məşqçi rəhbərlik etsə, daha uğurlu olar. Çünki əcnəbi çalışdırıcı oyunçuları tanımaq üçün əlavə vaxta ehtiyac duyur, amma azərbaycanlı mütəxəssis üçün bu proses daha tez gedir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
idmanxeber.az

2Источники