PSJ-nin baş məşqçisi Luis Enrike görünüşünü dəyişib.
QOL.az xəbər verir ki, velosipeddən yıxılma nəticəsində körpücük sümüyünü sındırıb əməliyyat olunan mütəxəssis imicinə əl gəzdirib. O, saçını tam qırxdırıb.
PSJ-nin çalışdırıcısı yeni imici barədə mətbuat konfransında heç bir şərh verməyib.
Fransa mətbuatı yazır ki, ispaniyalı mütəxəssis bu gün La Liqanın 4-cü turunda “Lans”a qarşı oyunda komandasına rəhbərlik edə biləcək.