RU

Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd imzalayıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları arasında birgə "Proklamasiya sənədi" imzalanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, imzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılib.
Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.
Избранный
16
1
oxu.az

10Источники