RU

İsrail ordusu Qəzzada 30-a yaxın sığınacaq mərkəzini dağıdıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail ordusu Qəzza zolağında 26 sığınacaq mərkəzini dağıdıb.

TurkicWorld xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” telekanalları məlumat yayıb.

Həmçinin bildirilib ki, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi son hücumlarında ölənlərin sayı yeddisi uşaq olmaqla 74 nəfərə çatıb.

Ordunun açıqlamasında qeyd olunur ki, Qəzza şəhərində yerləşən “əl-Kövsər” qülləsinə də hücum planlaşdırılır. İsrail ordusu burada və ya yaxınlığında HƏMAS-a aid infrastrukturun olduğunu iddia edir. Ordunun sözçüsü “X” sosial şəbəkəsində paylaşım edərək Qəzza limanı və cənubi ər-Rimal məhəlləsindəki 727, 786, 787 və 788 nömrəli bloklarda yaşayanlara, xüsusilə də qırmızı rənglə işarələnmiş “əl-Kövsər” qülləsində və ətrafındakı çadırlarda qalanlara dərhal binaları tərk edərək əl-Məvasi adlı “humanitar zonaya” köçmələri barədə təcili xəbərdarlıq edib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə təşkil etdiyi hücum nəticəsində 1 219 nəfər həlak olmuşdu. Cavab olaraq İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlarda əksəriyyəti qadın və uşaq olmaqla azı 64 min 803 nəfər həyatını itirib. İsrail ordusunun məlumatına görə, hazırda Qəzzada 47 nəfər girov saxlanılır, onlardan 25-i artıq həlak olub. Ümumilikdə həmin hücum zamanı 251 nəfər əsir götürülmüşdü.

Избранный
51
4
turkic.world

10Источники