RU

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıblar

İmzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılıb. Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.

Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi, təkrar sığorta əlaqələrini sistemli formalaşdırılması və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.
Избранный
10
29
azvision.az

10Источники