RU

“Qarabağ” Lissabona iki komanda ilə yollanır - SON DƏQİQƏ XƏBƏRİ

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.

Təmsilçimiz ilk oyunda səfərdə “Benfika” ilə üz-üzə gələcək.

Sportinfo.az ağdamlıların Portuqaliya planını təqdim edir.

“Köhlən atlıar” bu gün axşam 19.10-da çarter reysi ilə vətəni tərk edib Bakıdan Lissabona yola düşəcək.

Təyyarədə təkcə əsas komanda yox, Gənclər Liqasında çıxış edəcək U-19-da yer alacaq. Hər iki kollektiv birlikdə Lissabona uçacaq.

Azərbaycan millisinin sıralarında zədələnərək təxminən bir aylıq səradan çıxan Nəriman Axundzadə də nümayəndə heyətinin tərkibində yer alacaq. Gənc hücumçu meydana çıxmaqdan məhrum olsa da, Qurban Qurbanov Axundzadənin komanda ilə birlikdə olmasını istəyib.

Bu gün Portuqaliya vaxtı ilə axşam 11 radələrində ünvana çatacaq “Qarabağ”lılar dincələcək.

Sabah isə Bakı vaxtı ilə saat 22:00-da Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra təmsilçimiz oyunöncəsi son məşqini keçirəcək.

Sentyabrın 16-da “Estadio de Luz”da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB

Избранный
26
sportinfo.az

1Источники