RU

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıblar

Yazını böyüt
Yazını kiçilt

Türk Dünyası Sığorta Birliyinin Azərbaycanın Şuşa şəhərində keçirilən birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları birgə "Proklamasiya sənədi" imzaladı.

Azərbaycan Sığortaçılar Assosiyasıyasından hafta.az-a verilən məlumata görə, imzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri təşkikatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırıldı. Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.

Избранный
1
28
hafta.az

10Источники