RU

Evdə oturmaq elə bir xəstəliyə gətirib çıxarır ki...

Yeni şeylər öyrənmək istəyi bilavasitə demensiyanın inkişaf riskinin aşağı sala bilər.

“Cebheinfo.az” xəbər verir ki, bunu Qərbi Karolina Universitetinin (ABŞ) psixologiya kafedrasının dosenti Meri Uotli “The Guardian”-a müsahibəsində deyib.

Tədqiqatçının fikrincə, qocalıqda yeni biliklərə marağı qoruyub saxlayan insanlar daha çox beyin üçün faydalı həyat tərzi keçirirlər. Onlar təhsil almağa, açıq havada vaxt keçirməyə və həmyaşıdları ilə aktiv ünsiyyət saxlamağa davam edirlər. Onun szölərinə görə, bu vərdişlər koqnitiv sağlamlığı daha uzun müddət saxlamağa kömək edir.

Əvvəlki araşdırmalar göstərib ki, oturaq həyat tərzi və sosial təcrid xüsusilə yaşlı insanlarda zehni geriləməni sürətləndirir. Məsələ burasındadır ki, hər zaman evdə olmaq koqnitiv məhrumiyyətlərə, yəni ətrafımızdakı dünya haqqında məlumat çatışmazlığına gətirib çıxarır. Nəticədə nörotransmitter aktivliyi azalır və idrak ehtiyatları tükənir.

Eyni zamanda psixoloq qeyd edib ki, yaş artdıqca, hər kəsdə yeni şeylərə maraq tədricən azalır. Adətən ilk dəyişikliklər 40 yaşına kimi nəzərə çarpır. Daha sonrakı yaşlarda bəzi insanların marağı yenidən arta bilər, bəzilərində isə sönməkdə davam edir.

Xatırladaq ki, demensiya (ağılsızlıq)  yaddaş, düşünmə, dil və sosial bacarıqlar kimi koqnitiv qabiliyyətlərin tədricən pisləşməsidir; bu, bir sıra xəstəliklərin (əsasən Altsheymer xəstəliyi) simptomudur, tək bir xəstəlik deyil və insanın gündəlik həyatına mane olur. Bu simptomlar arasında qısamüddətli yaddaşa təsir, düşüncə qabiliyyətinin itirilməsi, şəxsiyyət dəyişiklikləri və çaşqınlıq ola bilər. 

Xəzər

“Cebheinfo.az”

Избранный
40
1
cebheinfo.az

2Источники