RU

Tibbdı inqilab: Koreyalı alimlər “yapışqan tapança”nı sınıq sümüyün bərpa alətinə çevirdilər...

Sınıqların müalicəsində yeni iqilabi dəyişiklik kəşf olunub...

Poliqon xəbər verir ki, Cənubi Koreyalı alimlər adi “yapışqan tapança”nı cərrahi alətə çevirərək tibb elmində mühüm irəliləyişə imza atıblar. Bu yeni cihaz, ənənəvi yapışqan əvəzinə, insan sümüyünə bənzər materialdan hazırlanmış xüsusi bir lif buraxır.

Bu texnologiya sayəsində həkimlər sümük sınıqlarını cəmi bir neçə dəqiqə ərzində "möhürləyə" bilirlər. Cihazın buraxdığı material sümüyün birləşmə prosesini sürətləndirməklə yanaşı, infeksiyanın qarşısını almaq üçün antibiotiklər də ifraz edir. Bu, sınıq müalicəsini daha sürətli və effektiv edir.

Yeni metod sümük zədələnmələrinin bərpası prosesini köklü şəkildə dəyişə bilər. Ənənəvi üsullardan fərqli olaraq, bu yanaşma cərrahi müdaxilənin müddətini azaldır və pasiyentlərin sağalma prosesini sürətləndirir.

Poliqon.info

Избранный
67
poliqon.info

1Источники