Azərbaycanın 3x3 basketbol yığması Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının finalında məğlub olub.
News24.az xəbər verir ki, həlledici oyunda milli komanda Kanadaya 12:21 hesabı ilə uduzaraq turniri ikinci yerdə başa vurub.
Xatırladaq ki, Azərbaycan basketbolçuları yarımfinalda Niderlandı 21:19 hesabı ilə məğlub etmişdi.