RU

Sığortaçılar maliyyə dayanıqlılığı və xidmət keyfiyyətinə dair məlumatı açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda dayanıqlı sistemin formalaşdırılması üçün riskəsaslı tənzimləmə və riskəsaslı nəzarəti prioritet kimi müəyyənləşdirib.

Bunu AMB-nin baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.

Onun sözlərinə görə, sığorta sisteminə inamın təmin edilməsi üçün əsas şərt dayanıqlılıqdır:

“Sektorun maliyyə dayanıqlılığı həm də sığortaçıların korporativ mühitindən asılıdır. Korporativ mühit olmadan nə dayanıqlı sistem, nə də ədalətli rəftar mümkündür. Bu səbəbdən AMB riskəsaslı tənzimləmə çərçivəsinə üstünlük verir. Həm korporativ idarəetmə, həm maliyyə dayanıqlılığı, həm də şəffaf kommunikasiyanın təmin olunması ön plandadır. İlkin mərhələdə korporativ mühitin formalaşdırılmasını prioritet kimi müəyyən etdik. Hazırda sığortaçılarımızda korporativ idarəetmə standartları tətbiq olunur və mütərəqqi təcrübəyə uyğun mühit formalaşır”.

V. Qurbanov bildirib ki, digər prioritet istiqamət şəffaf məlumatlandırmadır:

“AMB-nin qərarına əsasən, sığortaçılar maliyyə dayanıqlılıqları, göstərdikləri xidmətlər və onların keyfiyyətinə dair indikatorlar barədə ictimaiyyətə və investorlara açıq məlumat təqdim edəcəklər. Bu həm investorların, həm də sığortaçıların maraqlarına xidmət edəcək”.

MənbəREPORT
Избранный
25
banker.az

1Источники