RU

"Qarabağ" Lissabon səfəri ərəfəsində xal itirdi - reportaj

Qarabağ (Ağdam) - Zirə 1:1 (0:1)
99. Mateuş Koxalski - 5,5
27. Toral Bayramov - 5,5
81. Kevin Medina - 6,0
3. Sami Mmae - 5,5
2. Mateus Silva - 6,0
(18. Dani Bolt, 71) - 5,0
8. Marko Yankoviç - 5,0
(11. Emmanuel Addai, 78) - qiymətsiz
20. Kadi Borges - 6,5
35. Pedro Bikalyo - 5,5
10. Abdulla Zubir (k) - 6,0
17. Kamilo Duran - 5,5
15. Leandro Andrade - 5,5
(21. Aleksey Kaşuk, 78) - qiymətsiz
Ehtiyat oyunçular
1. Şahrudin Məhəmmədəliyev
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
22. Musa Qurbanlı
32. Hikmət Cəbrayılzadə
6. Kris Kuaku
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kadi Borges

97. Tyaqo Silva - 6,5
4. Ruan Renato - 7,0
9. Davit Volkov - 6,0
(70. Namik Ələskərov, 78) - qiymətsiz
10. Georgi Papunaşvili - 5,0
(28. Leroy Mikels, 85) - qiymətsiz
11. Junior Martins - 5,5
(20. İssa Cibrila, 63) - 5,0
17. Ayron Qomis - 6,5
21. Hacıağa Hacılı - 6,0
(5. Ange Mutsinzi, 78) - qiymətsiz
26. Stefan Aka - 6,0
32. Qismət Alıyev (k) - 5,5
77. Yeqor Boqomolski - 5,0
(30. Rikardo Martins, 63) - 5,0
93. Brahim Konate - 5,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
8. İsmayıl İbrahimli
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
25. Enrike Kustodio
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ruan Renato

Qollar: R.Renato, 39-p. (0:1). K.Borges, 82 (1:1).
Vərəqələr: Y.Boqomolski, 57 (qeyri-idman hərəkəti). M.Yankoviç, 75 (qeyri-idman hərəkəti). İ.Cibrila, 77 (qeyri-idman hərəkəti). Q.Alıyev, 80 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Əli Əliyev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
12 sentyabr. Bakı. “Azərsun Arena”. 1400 tamaşaçı (5800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Son iki mövsümün ən güclü komandalarının dueli, təbii ki, gərgin mübarizə şəraitində keçməliydi. Bu mənada nə "Qarabağ" azarkeşlərini yanıltdı, nə də "Zirə".

Artıq 4-cü dəqiqədə Zubirin ötürməsini qəbul edən Silva təxminən 30 metrdən bəxtini sınadı ki, top qapıdan aralı keçdi. "Zirə"nin "cavab atəşi" də özünü çox gözlətmədi. Sadəcə, dərhal irəli atılan "qartallar" da eyni səbəbdən fürsəti əldən verdi. Qonaqların uğursuz cəhdinin müəllifi Hacıağanın cərimə meydançasının həndəvərində topla təmin etdiyi Martins oldu. "Qarabağ"ın 11-ci dəqiqədə yerinə yetirdiyi cərimə zərbəsi də hesabın açılmasıyla nəticələnmədi. Buna Konatenin cərimə meydançasına doğru qaçan Kadini kobud müdaxiləylə yerə sərməsi səbəb oldu. Belədə topun arxasına keçən Toral təxminən 20 metrdən birbaşa "çərçivə"ni nişan alsa da, Tyaqonu məğlub edə bilmədi. Silva - Zubir – Andrade “üçlüy”ünün bir qədər sonra gerçəkləşdirdiyi hücum da "Qarabağ"ı sevindirmədi. Tyaqo topu Andradenin ayaqları altından "oğurladı" desək, yanılmarıq. 19-cu dəqiqədə "köhlən atlar" daha bir imkanı boşa verdi. Daha dəqiqi, Qismətin Kadiyə kobud müdaxiləsi üzündən təyin edilən cərimə zərbəsini səbəbkar təxminən 25 metrdən yerinə yetirdi. Mövqeyini tərk edən Silva təhlükəni yumruqlarıyla sovuşdursa da, top Duranın önünə düşdü. Ancaq dərhal qapıya zərbə vuran kolumbiyalı da qeyri-dəqiq oldu.

"Qartallar"ın ilk təhlükəli hücumu isə 33-cü dəqiqədə qeydə alındı. Martinsin ötürməsini qəbul edən Qomis fərqlənməyə yaxın oldu ki, tir ağdamlıların köməyinə çatdı. Qayıdan topu "çərçivə"yə göndərmək istəyən Boqomolskinin zərbəsi isə qeyri-dəqiq alındı. Hər halda, hesabı ilk dəqiqələrdən ardıcıl hücumlarla yadda qalan "Qarabağ" yox, "Zirə" açdı. Ona görə ki, Renato Mmaenin cərimə meydançası daxilində Papunaşvilinin ayağına zərbə endirməsi üzündən 39-cu dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirdi. Beləliklə, “Qarabağ” fasiləyə hesabda geridə yollandı.

İkinci hissənin birinci ilə müqayisədə maraqsız olduğunu deyə bilərik. Ona görə ki, növbəti təhlükəli vəziyyəti 61-ci dəqiqəyə qədər gözlədik. Həmin vaxt var gücüylə irəli atılan "Zirə" üç zərbəyə imza atdı. Koxalski Volkovun qol müəllifi olmasına imkan vermədisə, Mmae Martinsin "çərçivə"dən keçirmək istədiyi topu ardıcıl iki dəfə uzaqlaşdırdı.

Təzyiqi artıran "Qarabağ"ın 82-ci dəqiqədəki təhlükəli vəziyyəti qolla nəticələndi. Buna qədər tutarlı hücum baxımından yalnız Medinanın 64-cü dəqiqədəki başla zərbəsi sayəsində fərqlənməyə yaxın olan, lakin Tyaqonun komandasını xilas etdiyi anlarla yadda qalan "köhlən atlar" bu dəfə Kadi sayəsində hesabı bərabərləşdirdi. Braziliyalı Qismətin cərimə meydançasının həndəvərində Boltu yerə yıxması səbəbindən təyin edilən cərimə zərbəsini birbaşa qapıya göndərdi və komandasını məğlubiyyətdən qurtardı. Əlbəttə, komandalar qalan vaxtda da fərqlənməyə çalışdı. Ancaq 88-ci dəqiqədə Martins Koxalskiylə, 90-cı dəqiqədə Duran Silvayla mübarizədən məğlub ayrıldı.

Beləliklə, iddialıların dueli "sülh"lə bitdi. İlk turda "Sumqayıt"a məğlub olan "Qarabağ" Lissabon səfəri ərəfəsində növbəti xal itkisiylə üzləşdisə, "Zirə"nin məğlubiyyətsizlik seriyası 4-ə çatdı.

Gözdən qaçmadı
// "İmarət Tayfa", "Qarabağ Ordu" və "Qartallar" fanklubları tribunalarda idi  Oyundan əvvəl və matç ərzində yağış yağdığından oturacaqlar islanmışdı. Bu üzdən əksər tərəfdarlar matçı ayaqüstə izlədi. 

KƏNAN BAHADIR

Избранный
18
1
football-plus.az

2Источники