RU

"Benfika" - "Qarabağ" matçının hakimləri

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

"Football-plus.az" UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu belçikalı FİFA referisi Erik Lambrexts idarə edəcək. Ona yan xətdə Co De Veird və Kevin Monteni kömək edəcək. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, sentyabrın 16-da "Estadio do SL Benfika"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Избранный
43
2
football-plus.az

10Источники