1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan hakimiyyəti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini siləcək.
Oxu.Az bu barədə "Sputnik Ermənistan" saytına istinadla xəbər verir.
Yeni möhür forması Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında təsbit edilib.
Bildirilir ki, qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.