Son illər ölkəmizdə erkən nikaha cəlb edilən qızların sayı artıb.
O zaman belə çıxır ki, 18 yaşdan kiçik şəxslər rəsmi nikaha daxil ola bilməsələr də, 16 yaşı tamam olduqdan sonra əgər zorakılıq yoxdursa, cinsi münasibətə daxil ola bilərlər. Millət vəkili Müşfiq Cəfərov erkən yaşda cinsi münasibətlərin yaranmasının ailə institutunun dağılmasına gətirib çıxara biləcəyi qənaətindədir: "Hesab edirəm ki, nikah yaşından əvvəl birlikdə yaşamaq nə psixoloji, nə də sosial baxımdan doğru deyil. Bu həm gənclərin şəxsi inkişafına, həm də sağlam ailə institutuna mənfi təsir göstərə bilər".
Statistika göstərir ki, yetkinlik yaşına çatmamış abort etdirənlərin sayı ilbəil artır. 15-17 yaş qrupunda olan qadınlar arasında təkcə 2024-cü ildə 72, 2023 ildə isə 68 abort halı qeydə alınıb. 16 yaşda ana olanların sayı isə 218-dir. Ekspertlər bu vəziyyətin bir çox hallarda hüquqi boşluqdan qaynaqlandığını qeyd edirlər. Bildirilir ki, 16 yaşdan 18 yaşa qədər şəxsin öz istəyi ilə cinsi əlaqədə olması hüquqi məsuliyyət yaratmır. Bu da ciddi şəkildə bugünkü tablonu ortaya çıxarır. Yetkinlik yaşına çatmayan 16 yaşdan yuxarı şəxsə ailəsinin məcburiyyəti olmadan hansısa formada cinsi münasibət halı baş verirsə, ortada hüquqi problem olmur. Yəni hüquq burada cəzalandırmır. Amma digər tərəfdən azyaşlı bir uşaq ana olur. Bu da hüquqdakı əsas boşluqlardan biri hesab olunur.
Daha ətraflı Baku TV-nin sujetində: