RU

Leninqradda iki qatar relsdən çıxıb, maşinist ölüb - YENİLƏNİB

Xəbərə video əlavə olunub.

***

saat 13.59

Rusiyanın Leninqrad vilayətində iki qatar relsdən çıxıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Lujski rayonunda Stroqanovo-Mşinskaya "pereqon"unda baş verib.

Nəticədə 15 vaqonlu teplovoz relsdən çıxıb. Ölən və yaralananların olmadığı bildirilib.

Leninqrad vilayətinin qubernator Aleksandr Drozdenko bildirib ki, müstəntiqlər təxribat versiyasını nəzərdən keçirirlər.

Vilayətin Qatçina rayonundakı Semrino stansiyası yaxınlığında tək teplovoz da relsdən çıxıb. Maşinist kabinədə sıxılmış vəziyyətdə qalıb. O, təcili yardım maşınında dünyasını dəyişib.

Избранный
28
7
apa.az

8Источники