RU

Məktəblərdə dərs saatı dəyişdirilir? Yeni qrafik belə ola bilər

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sabah ölkə ərazisində yeni tədris ili başlayır. Bu isə hər il olduğu kimi, valideynləri, sürücüləri və elə bütövlükdə şəhər sakinlərini narahat edən bir problemi yenidən gündəmə gətirir – yollarda müşahidə olunan sıxlıq və tıxaclar. Xüsusən də səhər saatlarında məktəbə və işə eyni vaxtda hərəkət edən insanların çoxluğu həm ictimai nəqliyyatda, həm də avtomobil yollarında ciddi yüklənmə yaradır. Sosial şəbəkələrdə dəfələrlə səsləndirilən təkliflərdən biri dərs saatlarının dəyişdirilməsi ilə bağlıdır.

Bu addım doğrudanmı tıxac problemini azalda bilər, yoxsa problemin kökündə tamamilə başqa səbəblər dayanır?

Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, əslində, dərs vaxtının 30-60 dəqiqə irəli və ya geri çəkilməsi müəyyən qədər yükün yayılmasına, xüsusən ibtidai siniflər üçün daha rahat rejimə gətirib çıxara bilər:

“Həmçinin univeristetlərdə bu kimi yanaşma tətbiqi də ictimai nəqliyyatda sıxlığa az da olsa təsir göstərə bilər. Lakin təcrübə göstərir ki, yalnız dərs saatının dəyişdirilməsi problemin tam həlli deyil. Əgər iş saatları sabit qalırsa, valideynlərin əksəriyyəti yenə də eyni vaxtda yola çıxmaq məcburiyyətində qalacaq”.

Sona Əliyeva

Ekspertin fikrincə, davamlı nəticə üçün kompleks yanaşma vacibdir:

“Məktəb avtobuslarının tətbiqi, pik saatlarda ictimai nəqliyyatın gücləndirilməsi, iş yerlərində əsnək iş rejiminin təşviqi və yol idarəetməsində müasir həllərin tətbiqi vacibdir. Bu tədbirlər birlikdə Bakıda nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər. Yəni dərs saatının dəyişdirilməsi müəyyən qədər fayda versə də, tıxac probleminin tam həlli yalnız bütün aidiyyəti qurumların koordinasiyalı addımları ilə mümkündür”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
globalinfo.az

3Источники