Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Real" Xabi Alonsonun baş məşqçi təyinatından sonra uğurlu çıxışlarını davam etdirir.
QOL.az "Opta"ya istinadən xəbər verir ki, Madird klubu La Liqada ilk 4 oyunun hamısında qalib gəlib.
İspaniyalı mütəxəssis “Real”da bu göstəricini təkrarlayan 5-ci baş məşqçi olub.
Ötən gecə paytaxt klubu “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıb. Daha əvvəl komanda “Malyorka” (2:1), “Oviedo” (3:0) və “Osasuna”nı (1:0) məğlub etmişdi.
“Real”da La Liqada ilk 4 oyunu qalib gələn sonuncu məşqçi 2009-cu ildə Manuel Pelleqrini olmuşdu. Həmin vaxt Alonso "Real"ın futbolçusu idi.
Daha əvvəl isə eyni uğura Xose Kirante (1929), Enrike Fernandes (1953) və Vanderley Luşemburqo (2005) imza atıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.