RU

Ərdoğan güclənir, Putin Əliyevə zəng etməlidir Kremlin kanalı

ain.az bildirir, Bakupost portalına istinadən.

Kremlin təbliğat kanalları Azərbaycanla bağlı informasiya siyasətini davam etdirir. Növbəti belə bir yazı Kremlə bağlı “Kremlyovskaya Tabakerka“ Teleqram kanalında paylaşılıb.

Bakupost.az xəbər verir ki, məqalə “Putinə Əliyevə zəng etməyi məsləhət görürlər, amma bir nüans var” adı ilə tirajlanıb.

Bildirilir ki, Rusiyanın elit dairələri “Azərbaycanla nə etməli?” sualına cavab axtarmağa davam edir:

“Bir tərəfdən hər kəsə aydındır ki, Əliyevi öz yerinə oturtmaq lazımdır. Digər tərəfdən, Putin Qroznı səmasında vurulan AZAL təyyarəsinə görə üzr istəməyi planlaşdırmır.

Üçüncü mühüm amil isə Türkiyənin Azərbaycana ciddi təsiri və Ərdoğanın Qafqazda həlledici rol almağa çalışmasıdır. Hətta ortamüddətli perspektivdə bu, Rusiya üçün xoşagəlməz və hətta təhlükəlidir.

Hakimiyyətdəki mənbələr iki mümkün ssenaridən danışır: “Strateqlər Azərbaycanı möhkəm şəkildə öz yerində oturtmaqda israrlıdır. Xüsusi hərbi əməliyyat keçirməyə qədər. Alternativ olaraq, prezidentin ətrafındakı bəziləri təklif edir ki, Putin Əliyevə zəng etsin, amma üzr istəməsin”.

Putin əmindir ki, Çindəki əl sıxmadan sonra Əliyev özü Moskvaya zəng etməli idi”.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
www.bakupost.az

1Источники