Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İtaliyanın "Trident" komandası Maks Esterson və Sami Meqetuniflə yollarını vaxtından əvvəl ayırdığını açıqlayıb.
İdman.biz xəbər verir ki, gələn həftə Bakıda komandanın maşınlarını yeni pilotlar idarə edəcək.
"Trident" nümayəndələrinin sözlərinə görə, qərar tərəflərin qarşılıqlı razılığı ilə qəbul edilib. Komanda pilotlara göstərdikləri işə görə təşəkkür edib və gələcəkdə uğurlar arzulayıb.
Hazırda "Trident" Formula-2 komandalar sıralamasında sonuncu yerdədir və yalnız Meqetunifin qazandığı iki xalı var. Esterson və Meqetunif fərdi reytinqdə müvafiq olaraq 21-ci və 19-cu yerləri tuturlar.
"Formula Scout"un məlumatına görə, Bakıda komandanın heyətinə 19 yaşlı norveçli Martinius Stenşorn ("McLaren" gənclər proqramından) və 20 yaşlı niderlandlı Lorens van Hepen qoşula bilər.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.