RU

“Şamaxı”nın “Karvan”a gücü çatacaqmı? - CANLI YAYIM

Bu gün Premyer Liqada bu gün IV tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı sınağa çəkəcək. Matç Şamaxı şəhər stadionunda, saat 16:30-da başlayacaq.

Ardınca "Neftçi" "Neftçi Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.

4 xalı olan "Karvan-Yevlax" yeddinci, 3 xala malik "Sabah" isə səkkizincidir. "Şamaxı" və "Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar.

Daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.

16:30. "Şamaxı" – "Karvan-Yevlax" 0:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Sabah"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Neftçi Arena"

Избранный
40
sportinfo.az

1Источники