RU

Əli Koçdan Mourinyonun istefası ilə bağlı yeni açıqlama

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

''Fənərbaxça'' başqanı Əli Koç dünən ''Sözcü TV'' kanalına açıqlamalar verib. Bir çox mövzuya toxunan prezident Joze Mourinyonun istefası ilə bağlı da yeni diqqətçəkən acıqlamalar verib. Məlum olduğu kimi İstanbul nəhəngində bu yaxınlarda Mourinyo dönəmi başa çatdı. Ünlü portuqaliyalı mütəxəssis Türkiyə macərasını titulsuz tamamladı. Sözü verək Əli Koça:

''Mourinyonun əvvəlki həyəcanını itirdiyini deməzdim. Həyəcanını itirən adam bu qədər çalışa bilməzdi. İşinə çox bağlı idi. Günlərlə bazada gecələyirdi. Bu qədər çalışan bir məşqçi üçün ''bura tətilə gəlib'' ifadəsini işlətmək haqsızlıq olardı. Mourinyo artıq ailəmizin bir parçasına çevrilmişdi. Bu qərarı vermək mənim üçün çox çətin oldu. Mourinyonun zatən bura gəlmədən öncə də hansı futbolu təbliğ etdiyini bilirdik. Bu sistem Avropada işə yarayır. Amma bizim çempionat heç də asan turnir deyil. Bura uyğunlaşmaq da asan deyil. Xüsusilə də hakimlərin performansı baxımından. Mourinyoya ilə keçirdiyim görüşdə ona ''səninlə futbolu müzakirə etsəm, utanaram, amma bunu söyləmək məcburiyyətindəyəm. Az qala hər oyunda hesabda geriyə düşürük. İkinci hissədə vəziyyəti düzəldib qələbələr qazanırıq. Amma hər dəfə ürəyimiz ağzımıza gəlir. Bu futbolla Türkiyədə çempion ola bilməyəcəksən'' dedim. Bu futbol ''Fənərbaxça''ya uyğun deyil. Bu komanda rəqibi hər zaman təzyiqdə saxlayaraq hücum futbolu sərgiləməlidi. Ancaq vəziyyətin çox da dəyişmədiyini gördük. ''Göztəpə'' və ''Benfika'' ilə oyunlarda ötən mövsümdəkinə bənzər futbol izlədik. Ona görə də Mourinyo ilə yolları ayırmağa qərar verdik''.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
icma.az

2Источники