RU

Türkiyədən Fransaya polad ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq, 17 milyon 560 min 72 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 153 milyon 572 min 3 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 386 milyon 471 min dollar məbləğində poladixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 16 milyard 384 milyon 31 min dollar məbləğində polad ixrac edib.

Избранный
13
30
turkic.world

10Источники