Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi layihədə məqsəd tələbələrin yay tətilini səmərəli və mənalı keçirməsidir.
Düşərgə Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.
Beş gün davam edən düşərgənin zəngin proqramı olub . İlk gün “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans və panel müzakirələrlə yadda qalıb. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Konstitusiyanın dövlətçilikdə rolunu vurğulayıb, gənclərin vətəndaş məsuliyyətinə diqqət çəkiblər.
Sonrakı günlərdə tələbələr Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və “Şuşa, sən azadsan” filminin rejissoru Cavidan Şərifovla görüşüblər.
Film nümayiş olunub. Sonra qəhrəmanın döyüş yolu haqqında danışılıb, tələbələrin sualları cavablandırılıb.
Düşərgə proqramında idman yarışları da xüsusi yer tutub. Tələbələrarası voleybol turnirində 16-dan çox komanda mübarizə aparıb, UNEC birinci, Qarabağ Universiteti ikinci, ADPU isə üçüncü yeri qazanıb.
Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bununla yanaşı, şahmat yarışı keçirilib və gənclər intellektual bacarıqlarını nümayiş etdiriblər.
Düşərgənin son günlərində gənclərin xüsusi qonağı Xalq yazıçısı, akademik Kamal Abdulla olub. Görüş zamanı milli-mənəvi dəyərlər, ədəbiyyatın rolu və yaradıcılıq yolunun çətinlikləri barədə səmimi söhbət aparılıb. Tələbələr yazıçının kitablarına avtoqraf alıb, xatirə şəkilləri çəkdiriblər. Tədbirin sonunda Kamal Abdulla və tələbələr birgə olaraq “Təhsil” istirahət mərkəzinin Xatirə bağında şəhidlərin əziz xatirəsinə ağac əkiblər.
Ümumilikdə yay düşərgəsində ali, orta ixtisas və peşə təhsili müəssisəsindən tələbələr iştirak edib. Bu mövsümdə 7300-dən çox ittifaq üzvü “Təhsil” istirahət mərkəzində istirahət edib, sonuncu qonaqlar isə 800-ə yaxın gənc olub. Düşərgənin yekununda fəal tələbələr sertifikatlarla təltif ediliblər.



8Источники
-
sia.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi təşkil edilib ( 21338338)
-
xalqqazeti.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi ( 21334246)
-
news.milli.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi təşkil edilib FOTO ( 21334084)
-
milli.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi təşkil edilib - FOTO ( 21333589)
-
azedu.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi ( 21333355)
-
ikisahil.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi təşkil edilib ( 21333202)
-
olaylar.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi ( 21332821)
-
demokrat.az“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi — FOTOLAR ( 21332488)