RU

Fransız fermerlər ölkə boyu genişmiqyaslı etiraz aksiyasına hazırlaşırlar

Fransa fermerlərinin aparıcı həmkarlar ittifaqlarından biri olan Fermerlər İttifaqlarının Milli Federasiyası (FNSEA) hər kəsi hökumətin siyasətinə və xüsusən də Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarının (MERCOSUR) razılaşmasına qarşı nümayiş keçirməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche"ə FNSEA-nın rəhbəri Arnaud Russo məlumat verib.

“Biz bütün qurumlar üzrə böyük, genişmiqyaslı aksiya təşkil etmək qərarına gəldik",- o, deyib.

Russo "X" sosial şəbəkəsindəki səhifəsində aksiyanın sentyabrın 26-na planlaşdırıldığını bəyan edib. O, fermerlərin MERCOSUR-a, ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən tariflərə və beynəlxalq idxal axınına qarşı çıxacağını bildirib.

Избранный
33
3
publika.az

4Источники