Yaponiyanın ən yaşlı insanı Siqeko Kaqava, 1911-ci ildə doğulub və hazırda Nara prefekturasının Yamatokoriya şəhərində yaşayır. Ən yaşlı kişi isə Mizu no Kiesi Taka olub və o, Sidzuoka prefekturasının İvata şəhərində 111 yaşa çatıb.
BMT-nin məlumatına görə, dünyada 100 yaş və daha artıq yaşı olan təxminən 630 min insan var və bu o deməkdir ki, hər altıncı yüz yaşlı şəxs Yaponiyada yaşayır.
Bəs yaponların uzunömürlülük sirri nədir - qida, həyat tərzi, yoxsa genetika?
Alimlər Yaponiya nümunəsində uzunömürlülüyü bir neçə əsas amillə izah edirlər:
1.Qidalanma - Yaponiya mətbəxi əsasən balıq, dəniz məhsulları, tərəvəz, soya və düyü ilə zəngindir. Qızardılmış və yağlı yeməklər nisbətən az istehlak olunur.
"Hara hachi bu" prinsipi - doydum deməmiş 80% doymuş saymaq həm mədə sağlamlığını qoruyur, həm də ömür uzunluğunu artırır.
2.Fiziki fəallıq - Yaşlı yaponlar gündəlik yürüş edir, bağ-bostan işləri ilə məşğul olurlar Fiziki aktivlik onların ürək-damar sistemini, əzələlərini və ümumi sağlamlığını gücləndirir.
3.Sosial əlaqələr və psixoloji sağlamlıq - Yapon mədəniyyətində ailə bağları və icma həyatı güclüdür. İnsanlar təcrid olunmur, sosial şəbəkələrdə aktiv qalırlar, bu da depressiya riskini azaldır.
4.Tibbi xidmətlər və profilaktika - Yaponiya yüksək səviyyəli səhiyyə sisteminə malikdir və yaşlılar mütəmadi olaraq yoxlanışdan keçirilir. Profilaktik müayinələr erkən xəstəlikləri aşkar etməyə imkan verir.
5.Genetik amillər - Tədqiqatlar göstərir ki, uzunömürlülükdə genetik predispozisiya da mühüm rol oynayır.
Ümumiyyətlə, XX əsrdə müşahidə olunan ömür uzunluğundakı artım son dövrlərdə yavaşlamağa başlayıb. Tədqiqatçılar hesab edirlər ki, 2000-ci ildən əvvəl doğulmuş heç bir nəsil orta hesabla 100 yaşa çatmayacaq. Buna baxmayaraq, Yaponiyanın nümunəsi göstərir ki, sağlam həyat tərzi, balanslı qidalanma və güclü sosial dəstək uzunömürlülüyü xeyli artırır.