RU

Xankəndidə terror törtəmək istəyən Karen Avanesyan saxlanıldı — Silahlı müqavimət göstərdi, güllələndi

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. 

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. 

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Избранный
12
23
demokrat.az

10Источники