RU

Rail Məlikov: "Millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır"

Azərbaycan milli komandasının sabiq kapitanlarından olan Rail Məlikov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Ukrayna ilə görüşdə 1:1 bərabərə qaldı. İslandiyaya məğlubiyyətdən sonra millinin Ukrayna önündə nəticə qazanacağına inanırdın?

- Real baxaq da vəziyyətə. Məncə, İslandiyaya məğlubiyyətdən sonra Ukrayna ilə görüşdə xal götürəcəyimizə heç kimin inamı yox idi. Çünki İslandiyadakı aciz oyunla Ukraynaya qarşı xal götürəcəyimizə çoxları inanmırdı. Amma millimizin potensialı var, yaxşı çıxış etmək olar. Sadəcə özgüvən lazımdır. Bizim vaxtımızda da İslandiya ilə oynayırdıq. Bizim vaxtımız da daonlar güclü idi, Eydur Qudyonsen "Barselona"da oynayırdı. Milli komandada milli ruh olmalıdır. Onda əzmkar komanda yaranacaq.

- Milli Ukraynaya qarşı sona qədər mübarizə apardı və heç-heçə etdi. Səncə, bu cür əvvəlki matçlarda da mübarizə aparmağa nə mane olurdu? Problem baş məşqçidə idi, yoxsa necə?

- Ukrayna ilə evdə oynadıq. Bunun özü də üstünlük idi. Əlbəttə ki, uşaqlar sona qədər mübarizə apardı, burada baş məşqçinin də əməyi var. Ayxan Abbasov 2 gün idi ki, gəlmişdi. Amma onun da öz istəkləri oldu. Oyunçu dəyişiklikləri oldu, komanda onun istədiyi kimi çıxış etdi. Millimiz doğma divarlar arasında oynayırdı deyə, özgüvəni var idi. Fernandu Santuşun vaxtında millimizin bir qələbəsi də yox idi. Nəticə də ora gəlirdi ki, nə vaxtsa özü istefa verəcək. Bu reallıq da baş verdi. Bir tərəfdən də sevindiricidir. Allah qoysa, millimizin xallarının davamı gəlsin.

- Necə düşünürsən, bu, millinin qrupdakı ilk və yeganə xalı deyil? Milli növbəti matçlarda da nəticə və xallar qazana bilər?

- Ümid edək ki, hər şey yaxşı olacaq. Millimiz xallar qazanacaq.

- Ayxan Abbasovun millidəki bir matçlıq fəaliyyətini necə dəyərləndirirsən? Səncə, yığma ən azından bu tsikl üçün ona həvalə olunmalıdır və ya olunacaq?

- Zamanın azlığına baxmayaraq, milli komandada oyun sarıdan dəyişikliyi vaxtı ilə müqayisədə dəyişiklik var idi. Ayxan Abbasov bəzi dəyişiklik etdi, 3-5-2 sistemini fərqli oynatdı. Oyunçular da onun istədiyini yerinə yetirdi. Ab-hava yaxşı idi. Ayxan Abbasova etimad göstərmək lazımdır.

- Hazırda millinin baş məşqçi postuna namizədlər arasında Rəşad Sadıqov və Ayxan Abbasovun adı hallanır. Səncə, milli bu mütəxəssislərdən biri ilə ən azından əvvəlki nəticələrdən daha yaxşısını göstərə bilər?

- Mən həmişə yerli baş məşqçilərin lehinə olmuşam. Təbii ki, adını çəkdiyiniz məşqçilər də yaxşıdır. Amma ən önəmlisi odur ki, millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır. O olmasa yığma milli ruhda oyun göstərə bilməz. Düşüncəm odur ki, yığmanın baş məşqçisi ağırlığı olan məşqçi olmalıdır. Təbii ki, adını çəkdiyiniz məşqçilər də olsa, pis olmaz. Əsas odur ki, milli inkişaf etsin. Xeyirlisi olsun. Yerli məşqçiyə də etimad göstərmək lazımdır. Yerli gətirək, 3-4 oyundan sonra yola salacağıqsa, yenə xeyri olmayacaq. Fernandu Santuş və başqa əcnəbilərə uzun periodda şans verdilər, eləcə də yerlilərə. Onda da xeyirli olacaq. İnanıram ki, yerli məşqçilərin nəticələri xaricilərdən yaxşı olacaq.

- Səncə, milli Fransa önündə nəyəsə ümid edə bilər? Yoxaa, böyük hesabla uduzmamaq əsl uğurlu nətivə olardı?

- Belə düşüncələr hər zaman millini geri atır. Fransaya 0:10 uduzmuşuq, yenə eyni ab-hava qalır, yoxsa kiçik hesabla uduzmaq...Heç-heçə etdiyimiz Ukrayna Fransaya 0:2 uduzdu, İslandiya 1:2...Düzgün oynasaq, tam fərqli oyun alınar. Millimizə inanmaq, güvənmək lazımdır, arxasında dayanmaq gərəkdir. Millinin baş məşqçisi yerli olarsa, daha yaxşıdır.

Kaxaber Tsxadadze: “Yerli məşqçi daha uğurlu ola bilər”

Kurban Berdıyev: “Gərəkli nəticələri çıxarmışıq”

Jorj Kaşkilya: “Bu oyuna hazırlıqlı gəlmişdik”

“Turan Tovuz” liderlə xal fərqini minimuma endirdi - YENİLƏNİB

I Liqa: Buzovnada qollu heç-heçə

Избранный
11
1
apasport.az

2Источники