RU

Ukrayna ordusu ruslara ağır zərbə vurdu

Ukrayna Silahlı Qüvvələri Sumi istiqamətində sərhəd kəndləri olan Konstantinovka və Novokonstantinovka yaxınlığında Rusiya qoşunlarını geri çəkilməyə məcbur edib.

XəzərNews.az xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, rus qüvvələrinin Zaporojye vilayətinin Qulyaypoli şəhər icmasının Temyrovka kəndini ələ keçirdiyi bildirilib. Düşmənin həmçinin Xarkov vilayətinin Kupyansk bölgəsində və Novoivanovka yaxınlığında irəliləyiş əldə etdiyi qeyd olunub.

Ukraynanın “Dnepr” əməliyyat-strateji qoşun qruplaşmasından verilən məlumata görə, ruslar Kupyanskın şimal kənarlarında qüvvə toplamağa davam edir. Rusiya ordusunun şəxsi heyəti şəhərə daxil olmaq üçün istifadə etdiyi boru kəmərləri artıq Ukrayna müdafiəçilərinin atəş nəzarəti altındadır.

“Dnepr” qruplaşması bildirib ki, Kupyansk ərazisində bir neçə boru kəməri mövcuddur, onlardan dörd xəttin üçü artıq zədələnib və su ilə dolub.

Nuray

Xəbər 3 dəfə oxunub.
Избранный
27
1
xezernews.az

2Источники