RU

Məşhur iş adamının dəfnində ailəsinin saqqız çeynəməsi MÜZAKİRƏ YARATDI - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyədə tanınmış iş adamı Halit Yukayın günlərdir davam edən axtarışlarından sonra onun cənazəsi dənizdən tapılaraq sudan çıxarılıb.

Milli.Az xəbər verir ki, mərhum iş adamının dəfn mərasimi isə böyük izdihamla keçirilib.

Lakin mərasim zamanı diqqət çəkən bir məqam sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, Halit Yukayın həyat yoldaşı və oğlu dəfn mərasimi əsnasında saqqız çeynədikləri üçün izləyicilər tərəfindən tənqid olunublar. İctimaiyyətin bir qismi bunu mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.

Mövzu ilə bağlı paylaşılan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq mübahisələrə yol açıb. Bəzi izləyicilər isə mərasim zamanı insanların gərginliklərini azaltmaq və vəziyyətlə başa çıxmaq üçün fərqli davranış göstərə biləcəyini vurğulayıb.

Qeyd edək ki, iş adamının dəfn mərasimi təkcə vida mərasimi yox, həm də sosial mediada mübahisələr doğuran hadisələrlə yadda qalıb.

Hüseyn
Milli.Az

Избранный
21
1
milli.az

2Источники