RU

Atambayevin ailəsi zorla evindən çıxarıldı

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Bişkek ətrafındakı Koy-Taş kəndindəki evindən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə Atambayevin qızı Aliyə Şagiyeva məlumat verib.

“Bütün şəxsi əşyalar zorla evdən çıxarılaraq xüsusi hazırlanmış konteynerə yerləşdirilib”, - Şagiyeva bildirib.

Onun sözlərinə görə, köçürülmə ilə bağlı icra sənədi və ya digər sənədlər təqdim edilməyib. Həmçinin bu məsələ ilə bağlı məhkəmə prosesi hələ də yekunlaşmayıb.

Qeyd edək ki, Qırğızıstan məhkəməsi keçmiş prezident Almazbek Atambayevi qiyabi olaraq 11,6 il müddətinə azadlıqdan məhrum edib. O, Çuy rayonunun Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.

Избранный
28
1
axar.az

2Источники