RU

Xankəndidə təxribat törətmək istəyən erməni  saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  XQ-yə verilən məlumata görə, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.  Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

N.Adilqızı

XQ

 

 

Избранный
4
49
xalqqazeti.az

10Источники